Yaxınlarının məzarını ziyarət edən qadın qəbiristanlıqda öldü

Sosial

17.03.2025 23:40

2760

83 yaşlı qadın qəbristanlıqda dünyasını dəyişib.

TodayPress xəbər verir ki, yaxınlarının məzarını ziyarət edən 1942-ci il təvəllüdlü Nəbiyeva Şövkət Abbas qızı elə oradaca vəfat edib. Hadisə Mingəçevirdə Bozdağın yamacında yerləşən və Havarlı qəbristanlığında baş verib. İlkın müayinə zamanı yaşlı qadının üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəbirstanlıq, Ziyarət, Ölüm, Mingəçevir, todaypress.az,