Yasamalda yük avtomobili yandı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə
yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford”
markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Ford” markalı yük avtomobilinin
mühərrik və kabina hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yük hissəsinə yığılmış
mallar yanğından mühafizə olunub.
tag: Yanğın, Yamasal, Ford, Avtomobil, todaypress.az,