Yasamalda yaşayış binasında yanğın oldu, 2 nəfər təxliyə edildi
Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
TodayPress xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Bakı,Yasamal,FHN,Yanğın,Hadisə,todaypress.az,