Yasamalda qəza baş verdi

Sosial

22.04.2025 09:59

6

Yasamal rayonunda qəza hadisəsi baş verib. 

TodayPress xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.   

"Toyota Prius" markalı avtomobillə "Chevrolet"in toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. 

Hadisə yerinə dərhal yol polisi əməkdaşları gəlib.

İlkin ehtimala görə, qəzaya səbəb sürət həddidir. Faktla bağlı araşdırma aparılır.

Töhfə Səməd

tag: Yasamal,Qəza,Hadisə,Prius,Todaypress.az,

photo
photo
photo