Yasamalda motosiklet piyadanı vurdu

Sosial

05.04.2025 20:10

2168

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

TodayPress xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.


Belə ki, motosiklet sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub.

Nəticədə piyada ağır xəsarət alıb. Qəza nəticəsində motosiklet sürücüsü də xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib.

Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Yasamal, Bakı ,Qəza, Xəsarət, Motosiklet, todaypress.az,