Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanıldı
Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb.
Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.
Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb.
Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,