Yas mərasiminə hazırlıq zamanı qazdan zəhərləndi

Sosial

01.03.2025 01:34

1313

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

TodayPress-in məlumatına görə, hadisə Ağstafa şəhərinin Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Ruslan Əliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə sabah keçiriləcək 40 mərasiminə hazırlıq zamanı baş verib.

Ruslan Əliyev qazı söndürən zaman qazdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Ağstafa, Qaz, Partlama, Yas, Hadisə, todaypress.az,