Yanvarın son gününün HAVA PROQNOZU

Sosial

30.01.2025 13:10

Yanvarın son günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

tag: Hava,Temperatur,Yağış,Rütubət,Todaypress.az,