Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Sosial

18.01.2025 14:20

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.

TodayPress xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, proqnozlara əsasən, yanvarın 20-də, 

Saat 7:00-11:00 radələrində:

Arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s.

Havanın temperaturu 3-6° isti olacaq.


Saat 11:00-14:00 radələrində: Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s.

Havanın temperaturu 5-7° isti olacaq.

Saat 14:00-17:00 radələrində: Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 17:00 radələrində az çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi 8-13 m/s. Havanın temperaturu 6-8° isti olacaq.

Saat 18:00-22:00 radələrində: Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərqb küləyi 5-10 m/s. Havanın temperaturu 5°-dək isti olacaq.

tag: 20 yanvar, Şəhidlər Xiyabani, Hava,Milli Hidrometeorologiya Xidməti,Cəmiyyət, todaypress.az,