Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb
Sosial
05.02.2025 10:17
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.
TodayPress xəbər verir ki, bu barədə KTM-in məlumatında bildirilib.
Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.
Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.
tag: KTM,Zəhərlənmə,Diaqnoz,Xəstə,Todaypress.az,