Yağmursuz hava şəraiti davam edir - FAKTİKİ HAVA
Sosial
02.01.2025 11:50
Yanvarın 2-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinidən TodayPress-ə verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 02-də gecə Şahdağda zəif qar yağıb.
Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
tag: Hava ,Faktiki, Proqnoz, Yağmursuz, todaypress.az,