Yağış yağacaq, dolu düşəcək - Sabahın havası açıqlandı
Sosial
04.08.2024 12:30
Avqustun 5-ə gözlənilən hava proqnozu açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən
yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38°
isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi
rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz
olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°
isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.az,