Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu
Sosial
01.07.2024 16:57
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq
Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri
- Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi
üzrə məhkəmə prosesi yekunlaşıb.
TodayPress xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim
Azər Tağıyevin sədrliyi keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev,
Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.
Qeyd edək ki, prokuror idmançıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri olmayan Tofiq Musayevin həbs olunmasını istəmişdi.
Namiq HUN
tag: MMA, Hökm,Qrapplinq Federasiyası,Xuliqanlıq, todaypress.az,