Xroniki bel ağrısının çarəsi tapıldı

Sosial

25.04.2025 16:20

11

Kanada və ABŞ-dən olan tədqiqatçılar xroniki bel ağrısı ilə mübarizə üçün bədənin toxumalarında toplanan qocalmış hüceyrələri hədəf alan dərmanlardan istifadə ediblər. 

TodayPress xəbər verir ki, bu barədə "Science Advances" məlumat yayıb.

Bildirilir ki, hüceyrələr bölünməsələr də, zərərli iltihablı maddələr ifraz etməyə davam edərək ağrını və toxuma zədələnməsini artırırlar.

Siçanlar üzərində aparılan təcrübələrdə məlum olub ki, bu hüceyrələrin çıxarılması, iltihabı azaldır, fəqərəarası disklərin degenerasiyasını ləngidir və ağrını əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqatda iki dərmandan istifadə olunub. Bu dərmanlar qocalmış hüceyrələrin ölümünə səbəb olub.

Səkkiz həftəlik müalicə nəticəsində heyvanlarda onurğanın sağlamlığı yaxşılaşıb və ağrıya həssaslıq azalıb.

İki dərman birlikdə istifadə olunduqda isə təsirin daha güclü olduğu müşahidə edilib.

Türkan İsgəndərli

tag: Kanada,ABŞ,Bel ağrısı,Xroniki,todaypress.az,