Xocavənddə əlində qumbara partlayan gəncin son vəziyyəti açıqlandı - RƏSMİ

Sosial

05.03.2025 15:57

908

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub.  Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. 

"Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir" deyə məlumatda bildirilib. 

Türkan İsgəndərli

tag: Xocavənd,Qumbara,Partlayış,Xəsarət,Gənc,Todaypress.az,