Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırıldı

Sosial

01.07.2024 13:06

Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

Bu barədə TodayPress Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

tag: DİN, Xocavənd, Çətənə bitkisi, Xaş-xaş 2024, Hadisə, todaypress.az,