Xocalıda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Sosial

27.02.2025 18:31

2352

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

“1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ci il tarixində saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib. N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir” deyə məlumatda bildirilib. 

Xatırladaq ki, fevralın 21-də “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı, ehtiyata buraxılmış hərbçi Nağı İmanov Xocalı rayonu ərzisində mina partlayışı nəticəsində xəsarət alıb. 

Töhfə Səməd

tag: Nağı İmanov,TƏBİB, Cərrahiyyə,Sorğu,Xocalı,Mina,Todaypress.az,