Xızının bəzi ərazilərində qaz olmayacaq
“Mozdok-Qazıməmməd”
yüksək təzyiqli magistral qaz kəmərindən ayrılan “Qaz İxrac” İdarəsinə məxsus
“Xızı QPS qolu”nda baş vermiş qəza ilə bağlı 07.03.2025-ci il tarixdə saat 19:04-dən
etibarən “Xızı” ölçü qovşağından qaz təchizatı dayandırılıb.
TodayPress
xəbər
verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib
ki, Xızı şəhəri daxil olmaqla rayonunun Tıxlı, Xələnc, Fındığan və Baxışlı
kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir-bərpa işləri davam
edir. 08.03.2025-ci il saat 10:00-dək qaz təchizatının bərpası planlaşdırılır.
tag: Xızı, Qaz, Kəmər, Azəriqaz, Xələc, todaypress.az,