Xızıda avtomobil aşdı, ölən və xəsarət alanlar var

Sosial

04.10.2024 23:59

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

 

tag: Xızı, Ölüm, Yol-Nəqliyyat, Yaşma, todaypress.az,