Xırdalanda yaşayış kompleksində yanğın başladı

Sosial

20.03.2025 11:13

2632

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində yanğın başlayıb.

TodayPress xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in mətbuat xidmətindən TodayPress-ə bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".

tag: FHN,Xırdalan,Yanğın,Kristal Abşeron,Todaypress.az,