Xırdalanda tut ağacını kəsmək istəyən şəxs cərimələndi

Sosial

06.03.2025 16:15

1920

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib. 

Bu barədə TodayPress-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.   

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev  tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub. 

 “Faktla  bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib”.

tag: Dövlət Ekoloji Təhlükəsizlik Xidməti,Xırdalan,Tut ağacı,Kəsim,Todaypress.az,