Xırdalanda restoranda yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın
baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
onüçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın tüstü
bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan restoranın
tüstü bacasında yağ qalıqları yanıb.
Restoran yanğından mühafizə olunub.
tag: FHN, Yanğın, Abşeron, Xırdalan, Tüstü, Baca, todaypress.az,