Xırdalanda 14 mərtəbəli binada yanğın baş verdi
Sosial
22.07.2024 19:40
Fövqəladə Hallar Nazirliyinin
(FHN) “112” Qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhəri, H.Aslanov küçəsində
çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
TodayPress
nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri
dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin
yandığı müəyyənləşdirilib.
Yanğınsöndürənlərin operativ
müdaxiləsi sayəsində yanğının yayılmasına, o cümlədən mənzillərə keçməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
tag: Xırdalan, Yanğın, FHN, Hadisə, todaypress.az,