Xırdalana yeni yollar çəkiləcək
Sosial
30.01.2025 21:08
M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu
Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol
ötürücüsü tikiləcək.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham
Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramında deyilir.
Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax
avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları
şəbəkəsi təkmilləşdiriləcək.
Yol şəbəkəsinin 2026-cı ildə, yol ötürücüsünün isə
2030-cu ilə qədər istismara verilməsi planlaşdırılır.
Bununla yanaşı, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu
M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı
kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə
əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi
2025-2030-cu illərdə təmin ediləcək.
tag: Bakı, Xırdalan, Yol, M-4, Yevlax, Sərəncam, Prezident, İlham Əliyev,