Xəzərdə zəlzələ oldu

Sosial

25.01.2025 19:00

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub. 

TodayPress xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 

Yeraltı təkan yerli vaxtla saat 17:22-də qeydə alınıb. 

Zəlzələ 66 km dərinlikdə baş verib.

tag: Xəzər,Zəlzələ,AMEA,Tədqiqat,Todaypress.az,