Xəzərdə zəlzələ oldu

Sosial

26.12.2024 07:12

Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.

Bu barədə TodayPress-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.

tag: Xəzər, Dəniz, Zəlzələ, Təkan, todaypress.az,