Xəzər rayonunda narkopriton aşkarlandı, 13 nəfər saxlanıldı
Sosial
09.01.2025 21:32
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının
daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində
Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan
aşkarlanıb.
TodayPress xəbər verir ki, tədbir zamanı narkotiklərin
istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik
vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.
Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik
maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla
əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
tag: Abşeron, Narkotik, Polis, DİN, Maddə, todaypress.az,