Xəzər dənizində zəlzələ oldu
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ
qeydə alınıb.
TodayPress xəbər verir ki, barədə AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat
yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də
qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji
aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da,
23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
tag: AMEA, Zəlzələ, Seysmoloji, Xəzər, Dəniz, todaypress.az,