Xəzər dənizində zəlzələ oldu
Sosial
02.02.2025 15:00
Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.
Bu barədə TodayPress-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır" məlumatda qeyd olunub.
Bakı vaxtı ilə 13:50 qeydə alınmış yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib.
tag: Xəzər dənizi,Zəlzələ,Elmlər Akademiyası,Seysmoloji Xidmət ,todaypress.az,