Xeyri Əşrfəova: "Laborotoriyada içməli suyun keyfiyyətinə nəzarət edilir"
“Ceyranbatan Su Təchizatı İdarələri üzrə laborotoriyanda gündəlik 39 nümunə götürülür”.
Laborotoriyanın müdiri Xeyri Əşrfəova bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, laborotoriyada şirin (içməli) suyun keyfiyyətinə nəzarət edilir.
Nümunələr ərazi olaraq Ceyranbatan, Tağıyev qəsəbəsindən, İdarənin özündən, həmçinin Xırdalan və Masazır da daxil olmaqla Abşeron yarımadasının əksər hissələrindən götürülür.
"Əgər şikayət və ya fərdi müraciətlər də daxil olarsa, həmin ünvana laboratoriya göndərilir və müxtəlif sayda su nümumələri götürülür. Suda hər hansısa bir problem çıxarsa, daxili telefonlar vasitəsilə müvafiq idarələrə şifahi məlumat verilir. Daha sonra şikayətlərə baxılır. Məsələn, əgər su bulanıqdırsa, səbəbi öyrənilir, tədbir görülür. Müvafiq idarələr yoxlanış keçirdikdən sonra sudan yenidən nümunələr götürülür və normaya uyğundursa, suyun verilişi bərpa olunur".
Töhfə Səməd
tag: Laboratoriya,Su,Kanal,Ceyranbatan Su Təchizatı İdarələri ,Todaypress.az,