Xətaidə sular kəsildi - XƏBƏRDARLIQ
Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib.
Bildirilib ki, Xətai rayonu ərazisini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı aparılan işlər çərçivəsində rayonun bəzi ərazilərinə su verilməyəcək.
Qəzanın aradan qaldırılması işlərinin bu gün axşam saatlarında yekunlaşacağı gözlənilir.
tag: Bakı,Xətai,Dövlət Su Ehtiyatları Agentliyi,Qəza,todaypress.az,