Xətai rayonunda anbar və sexdə yanğın oldu
Sosial
24.01.2025 07:46
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
TodayPress FHN-ə istinadən
xəbər verir ki, ümumi sahəsi 220 m² olan bir dam altında tikilən birmərtəbəli
tikilinin (anbar, sex və transformator otağı) sahəsi 110 m² gigiyenik
məhsulların süzülməsi sexində 2 ədəd aparat və aparatlara quraşdırılan, həcmi
400 litr və 200 litr çənlərdə olan tibbi spirt yanıb.
Yüksək
temperaturdan 2 ədəd aparatın üzlük hissəsi, sexin lambirdən ibarət tavanı 100
m² sahədə və 1 ədəd kondisioner əriyib. Tikilinin qalan hissəsi yanğından
mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: FHN, Xətai, Yanğın, Sex, todaypress.az,