Xəstəlik vərəqələri işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

Sosial

01.05.2025 14:42

20

Mayın 1-dən sığortaolunanlar üçün xəstəlik vərəqələri tibb müəssisələrində elektron sənəd formasında hazırlanaraq, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. 

Bu barədə TodayPress-ə ƏƏSMN-dən məlumat verilib.

DSMF bu e-sənəd əsasında işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlər təyin edəcək. 

İşəgötürənlər bu e-bülletenləri Nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər. 

Bu innovativ yenilik işçiyə müvafiq müavinətlər təyinatı və ödənişi üzrə xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına yönəlib.

tag: ƏƏSMN,Sənəd,Elektron,Müavinət,Todaypress.az,