XƏBƏRDARLIQ: Qar yağacaq, çaylarda sululuq artacaq
Sosial
28.11.2024 17:35
Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
tag: Hava, Qar, Yağış, Lənkəran, Daşqın, todaypress.az,