Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirildi

Sosial

12.05.2025 09:32

24

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. 

TodayPress-in əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. 

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir. 

DTX-nin Mətbuat xidmətindən isə TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir. 

Mövzunu diqqətdə saxlayırıq.

tag: Azərbaycan,DTX,Terroçu,Əməliyyat,Todaypress.az,