Xankəndidə 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Sosial

28.03.2025 01:16

1472

Xankəndidə gənc oğlanı elektrik cərəyanı vurub.

TodayPress xəbər verir ki, 27 yaşlı Abdinov Amin transformatordan naqil kəsərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində həyatını itirib.


Məlumatı mərhumun yaxınları təsdiqləyib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Elektrik,Cərəyan, Xankəndi, Ölüm, todaypress.az,