Xankəndidə 14 avtomat aşkarlandı

Sosial

22.06.2024 10:58

Son bir həftə ərzində Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

TodayPress xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

tag: Xankəndi, Avtomat, Qumbara, Patron Darağı, Tüfəng, todaypress.az,