Xalq artisti: "Vətəndaş nikahlarının sayı artacaq"

Sosial

11.06.2024 21:48

Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi məsələsinə Xalq artisti Faiq Ağayev də münaisbət bildirib.

TodayPress xəbər verir ki, Xalq artisti Faiq Ağayev sosial şəbəkə hesabında paylaşım edərək yeni qadağanın vətəndaş nikahlarının sayında artıma səbəb olacağını qeyd edib:"Ürəyinizə heyran, necə də safsınız. Yaxın qohumların evliliyinə qadağa qoyulmasına elə də sevinirsiniz ki... Bir fikirləşən olubmu nəticəsi nə olacaq? "Şüvənist"lərin lənətlədiyi vətəndaş nikahlarının (qeydiyyatsız ailələr) sayı artacaq. "Yuxarı baxırsan - bığ, aşağı baxırsan - saqqal" məsələsi...

GÜNEL

 

tag: Xalq artisti, Sosial şəbəkə, Faiq Ağayev, Vətəndaş nikahı, todaypress.az,