Xaçmazda yük avtomobilləri toqquşdu, yaralanan var

Sosial

11.03.2025 02:44

1481

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.


Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda fakt araşdırılır.

 

tag: Xaçmaz, Yük Maşını, Toqquşma, Yaralı, Ağçay, todaypress.az,