Xaçmazda narkotiklərin satışını təşkil edən iki nəfər saxlanıldı
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı 46 yaşlı Namiq Ələkbərov və 42 yaşlı Natiq Mütəllimov saxlanılıb. Onlardan külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanıb.
Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Saxlanılan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xaçmaz rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 11 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,