Xaçmazda Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edildi
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni
rəis təyin edilib.
TodayPress xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytnantı Elnur Quliyev həmin bölməyə rəisi təyin olunub.
Qeyd edək ki,
E.Quliyev bu təyinatadək Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi
Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
tag: Xaçmaz, DYP, Polis, Rəis, Vilayət Eyvazov, todaypress.az,