Xaçmazda çaydan kişi meyiti tapıldı
Sosial
20.10.2024 04:44
Xaçmaz rayonunda çaydan kişi meyiti
tapılıb.
TodayPress xəbər verir ki, hadisə rayonun İstisu
qəsəbə sakini 1954-cü il təvəllüdlü Mehdixanov Əlixan Vəlixan oğlunun cəsədi
qəsəbə ərazisindən keçən çaydan tapılıb.
Onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və üç gün əvvəl
evdən çıxaraq bir daha qayıtmadığı bildirilir.
Ə. Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi
ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Meyit, Ruhi Xəstə, Xaçmaz, İstisu, todaypress.az,