Xaçmazda 35 yaşlı kişi bıçaqlandı

Sosial

01.02.2025 23:58

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

TodayPress xəbər verir ki, Qaraçı kəndində A. Şərifov qohumu 35 yaşlı R. Məmmədovu bıçaqlayıb.

A. Şərifov daha sonra R. Məmmədovun həyat yoldaşı 34 yaşlı S. Məmmədovanı avtomobili ilə vurub.

Yaralanan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Hadisəni törədən A.Şərifovun da artıq saxlanıldığı bildirilib.Faktla bağlı araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.

 

 

tag: Bıçaqlanma, Xaçmaz, Qəza, Hadisə, Xəstəxana,todaypress.az,