Vüqar Qurbanov: “Tibbi Yardım Xidmətinə 39 min 548 əsassız çağırış daxil olub”
Sosial
17.10.2024 11:30
"Xüsusilə də Bakıda gündəlik çağırış sayında artım müşahidə olunur".
TodayPress xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair Bakı Biznes Mərkəzində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə təkcə Bakı üzrə 2000-2500 çağırış daxil olub:
"Təəssüf ki, ötən müddət ərzində də əsassız çağırışlar az olmayıb. Bu ilin 9 ayında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 39 min 548 əsassız çağırış daxil olub" deyə o qeyd edib.
Günəş Mərd
tag: Bakı ,TƏBİB ,Vüqar Qurbanov ,Tibbi Yardım ,Brifinq ,todaypress.az,