Vüqar Qurbanov: "80 minə yaxın vətəndaş onlayn növbə xidmətindən istifadə edib"
Sosial
18.12.2024 12:23
"Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. Pilot layihə olaraq onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur. Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir".
TodayPress xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bildirib.
Onun sözlərinə görə, 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib:
"Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması da Azərbaycan səhiyyəsinin uğurlarındandır. Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır".
Vüqar Qurbanov diqqətə çatdırıb ki, təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərdəndir. Bu sahədə artıq kifayət qədər işlər görülüb. Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır.
Günəş Mərd
tag: Xəstəxana ,Vüqar Bayramov, Tibbi,TƏBİB ,todaypress.az,