Vilayət Eyvazov yeni polis rəisi təyin etdi
Sosial
10.12.2024 23:04
Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinə rəis təyinatı olub.
TodayPress xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər
Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə bilavasitə tabe olan YPX
alayının tağım komandiri polis mayoru Əzizadə Məmmədəli Böyükağa oğlu tutduğu
vəzifədən azad edilib.
O, Nəsimi rayon Dövlət Yol
Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
tag: Bakı, DİN, Vilayət Eyvazov, Polis, todaypress.az,