Vətəndaşlara söküntü işlərinə uyğun kompensasiya verilir? – AÇIQLANDI

Sosial

15.03.2025 17:55

1028

Yaşayış binalarının söküntüsü zamanı tərəflər arasında bir sıra hüquqi və maliyyə mübahisələri yaranır.  Bəs vətəndaşların hüquqları necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Əmlak eksperti Elnur Azadov TodayPress-ə açıqlamasında bildirib ki, bu məsələdə bir neçə məqam var:

“Dövlət tərəfindən həyata keçirilən söküntülərdə kompensasiya dövlət tərəfindən ödənilir. Özəl şirkətlərin həyata keçirdiyi söküntü işlərində isə kompensasiya ya əmlakın dəyəri ilə, ya da pul şəklində həyata keçirilir”.   

Ekspert, həmçinin, mülkiyyətin qeyri-rəsmi istifadə edilməsi və mülkiyyət hüququ ilə bağlı problemlərin geniş yayıldığını vurğulayıb.  O, bəzi hallarda vətəndaşların çıxarışı olmasa da, qeydiyyata alındıqları ərazilərin mülkiyyətə bərabər tutulduğunu vurğulayıb.

“Daşınmaz əmlak toxunulmazdır və vətəndaşa uyğun kompensasiya verilməlidir. Yeni tikilən binalarda xidmət haqqının artması məsələsində vətəndaşlar arasında narazılıqlar olur və bu əlavə ödənişlərə gətirib çıxarır. Əgər tikinti şirkəti vaxtında binanı tikib qurtarmırsa, ona yeni əmlakı tapmaq, köç işlərinə kömək olmalıdır” Elnur Azadov yekunlaşdırıb.

Qeyd edək ki, Millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib ki, sökülən qəzalı evlərdə belə vətəndaşa 1300 manat vəsait verilir.3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı ev ala bilmir.

Çünki ona verilən 80-100 mindir, amma bazarda real qiymət 200 mindir. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər. Bu da icra hakimiyyəti ilə vətəndaş arasında ciddi problemlərin yaranmasına səbəb olur. 

Türkan İsgəndərli

tag: Elnur Azadov,Ekspert,Tikinti,Kompensasiya,Todaypress.az,

photo