Vergi işçiləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Sosial

11.02.2025 15:53

2641

Bu gün Vergi Xidməti İşçilərinin Peşə Bayramı Günündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər.

TodayPress xəbər verir ki, bu barədə qurum məlumat yayıb. 

Bildirilib ki, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.

Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarların üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

tag: Vergi Xidməti,Peşə Bayramı,İqtisadiyyat Nazirliyi,Fəxri xiyaban,Heydər Əliyev,todaypress.az,