Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi
Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.
TodayPress “oxu.az” a istinadən xəbər
verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.
Belə
ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə
zamanı halı pisləşib və komaya düşüb.
O,
2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı
xəstəxanada vəfat edib.
tag: Bakı, Valideyn, Məktəb, Koma, Müəllin,todaypress.az,