Ucqar kəndlərdə hüquqi maarifləndirmə tədbirləri keçirildi

Sosial

16.04.2025 18:03

64

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun ucqar kəndlərində, həmçinin Xınalıq kəndində autizm maarifləndirmə ayı çərçivəsində “Erkən aşkarlamanın faydaları” mövzusunda hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

Bu barədə TodayPress-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. 

Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən autizmli şəxslərin hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığını qeyd edib, bu sahədə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

Yekunda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

tag: Ombudsman,Autizm,Tədbir,Maarifləndirmə,Todaypress.az,